Bu tuneldə qaydalar dəyişdi: Sol zolaqla düzünə gedən sürücülər cərimələnəcək - VİDEO

Bu tuneldə qaydalar dəyişdi: Sol zolaqla düzünə gedən sürücülər cərimələnəcək - VİDEO
SOSİAL
00:07 23.06.2026
268
Paytaxtın Ziya Bünyadov prospektində yerləşən tuneldə hərəkətin təşkilinə dəyişiklik edilib. 

AZXEBER.COM Avtosfer.az-a istinadən xəbər verir ki, yenilikdən xəbərsiz olan və ya bunun fərqinə varmayan sürücülər kütləvi şəkildə qaydaları pozurlar.

Belə ki, əvvəllər həm 20 Yanvar, həm də Qələbə dairəsi istiqamətindən tunelə iki zolaq olmaqla, ümumilikdə dörd zolaq daxil olurdu. Tunelin çıxışına yaxın isə hər iki istiqamətin zolaqları birləşərək ümumilikdə iki zolağa çevrilirdi.

Hazırda həmin hissədə hərəkətin təşkilinə dəyişiklik edilib. 20 Yanvar dairəsi istiqamətindən gələn iki zolaq tunelin sonuna qədər olduğu kimi saxlanılıb. Qələbə dairəsi istiqamətindən gələn nəqliyyat axını üçün isə sol zolaq bitdiyindən sürücülər sağ zolağa keçməlidirlər. Bu barədə asfalt örtüyü üzərində müvafiq nişanlanma xətləri də çəkilib.

Videodan da göründüyü kimi, sol zolaqda hərəkət edən sürücülər 1.11 nişanlanma xəttinin qırıq hissəsindən istifadə edərək vaxtında sağ zolağa keçməlidirlər. Əks halda onlar 20 Yanvar istiqamətindən gələn nəqliyyat axınını ayıran bütöv xətti keçməyə məcbur qalaraq qaydaları pozmuş olacaqlar.

Bu qayda pozuntusuna yol verən sürücülər isə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə oluna bilərlər.
 
OXŞAR XƏBƏRLƏR