20-yə yaxın aptekdə nöqsanlar aşkarlandı

20-yə yaxın aptekdə nöqsanlar aşkarlandı
SOSİAL
12:59 05.08.2025
272
Bu ilin iyul ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) ümumilikdə 48 aptekdə yoxlama həyata keçirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə AEM məlumat yayıb.

Bildirilib ki, yoxlamalardan 21-i Bakıda, 27-si isə digər şəhər və rayonlarda yerləşən apteklərdə aparılıb. Yoxlamaların 10-u planlı, 37-si plandankənar, biri isə yoxlamadan kənar təftiş xarakterli olub.

Aparılmış yoxlamalar nəticəsində 19 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb.
OXŞAR XƏBƏRLƏR