200 nəfərə siqareti tərgitdirən 13 yaşlı qız - FOTOLAR

200 nəfərə siqareti tərgitdirən 13 yaşlı qız - FOTOLAR
SAĞLAMLIQ
12:12 29.05.2013
6824

AZXEBER.COM “Siqaretsiz ailəm” layihəsi ilə 200 nəfərə siqareti tərgitdirən 13 yaşlı Doğa Əkərin müsahibəsini təqdim edir: - 3 il əvvəl atamla dayım siqaret çəkirdilər. Əvvəlcə, “Ata siqareti burax deyə” İstanbulda olan atamla dayıma ictimai mediadan səsləndim və sosial şəbəkələrdə sadə videolar yaydım. Sonra çoxlu sayda insan mənimlə həmrəy olduğunu bilib bu təşəbbüsə qoşuldu. - Ailən sənə kömək oldumu? - Bəli, kömək oldu. Əvvəlcə mənə hörmət göstərdi və istədiyim hər mühiti yaratdı. Bununla da layihəmiz böyüdü. Amma insanların siqareti atması çox çətin olur. Əvvəl dayım, sonra da atam siqareti buraxdı. Bizə bir neçə məşhur insan da dəstək verdi və layihə “Siqaretsiz ailəm” adını aldı. “Facebook” səhifəmdə 4500 adam var, bir çoxu da Azərbaycandan olduğu üçün üzvlərin sayı yüksəldi. Bir azərbaycanlı dostum Antalyaya gəldi və evimizdə qonaq oldu. O, ortaq proyektimizə dəstək verir. Onun da video və şəkilləri var. Uşaqları qorumaq lazımdır. Bir gilə siqaret möhkəm quruluşlu bir insandan 5 dəqiqə ömür alır. Normal quruluşlu bir insandanda bu, 15 dəqiqə edir. Bu hesabla bir siqaret insan ömründən 15 il alır. Hər kəs bilməlidir ki, siqaret bir qatildir və yavaş-yavaş, hiss etdirmədən öldürür. Təqaüdçü olursan, nəvələrin dünyaya gəlir, onları sevmədən ya xərçəng olursan, ya da KOAH xəstəliyinə tutulursan. Onu da deyim ki, məşhur bir siqaret markasının sahibi xərçəngdən öldü. Uşaqlarımızı qorumalıyıq! Əgər evdə, balkonda siqaret çəkirsinizsə, övladınız da bunu görür, həvəslənir və mütləq aludəçisi olur. Bunu etməməliyik. Bizə əmanət edilmiş uşaqlarımızı qorumalıyıq, onların da haqlarını unutmamalıyıq. Çünki doğru, sağlam təhsil vermək hər ailənin vəzifəsidir. Siqaret bir xəstəlikdir, insanlıq günahıdır. Yol qəzasından ölənlərdən qat-qat çoxu siqaretdən ölməkdədir. Ayrıca, siqaret çəkənin müalicə xərci həddindən artıq çoxdur, bu da hər kəsin cibindən çıxır. - Bu layihəni Azərbaycanda da başlamaq istəmirsiz? - Azərbaycanın Türkiyədən bir fərqi yoxdur. Mən onları çox sevirəm və layihəmizi Azərbaycanda da dəstəkləyirlər. Əlbəttə, bunun Azərbaycanda da davam etməsini istərdim. Onu da deyim ki, irəlidə mütləq Azərbaycanla bağlı çalışmalarım olacaq. Azərbaycanda həyata keçiriləcək layihə burdakının eyni olacaq. Azərbaycanda könüllülərə ehtiyacım var. “Facebook” səhifəmə baxsanız, Azərbaycanın xüsusi bir yeri olduğunu görəcəksiniz. Azərbaycan bayrağını nə zaman görsəm, öz bayrağım kimi sarılaram, çünki milliyyətçi duyğularım qabarır. Səhifəmdəki videolara baxsanız, hamısını görərsiniz. Ora da mənimdir, bura da. Vətəninizə, sizdən birinizə bir şey olduğunda acı çəkirəm. - Türkiyədə bu layihəni dövlət adamlarından dəstəkləyənlər varmı? - 17 plakatım var. Bundan başqa dövlət və xüsusi sektor tərəfindən verilmiş lövhələrim var. - Layihənizi başqa hansı ölkədə tanıtmaq istəyərdiniz? - Ölkə ayırmaq səhv olar. Bütün insanlığın bu xəstəlikdən xilas olmasını istəyərdim, amma layihəmin səsini eşitdirəcəyim əsas yer türk dünyasıdır, çünki onlarla eyni dili danışdığımız üçün daha asan olacaq. - Başqa hansı layihələriniz var? - Bir başqa layihəmiz 1200-cü illərdən günümüzədək türk tarixini tanıtmaqdır. Türkiyədəki ən böyük yazarlar könüllü olaraq bu layihəmizə dəstək verirlər və kameraların qarşısına keçib bütün yaşananları izah edirlər. Bütün yazıçılarla bir illik ortaq işin nəticəsində bir kitab yazmağı planlaşdırırıq və çox da gözəl olacaq. - Sonda Azərbaycanlı gənclərə nə təklif edərdiniz? - Azərbaycanlı qardaşlarıma söyləmək istədiyim odur ki, siqaretli mühitə girməyin, böyüklərinizə xəbərdarlıq edin. Qapalı və qələbəlik olan yerlərdə siqaretdən özünüzü qoruyun və sizin də mütləq bir layihəniz olsun. Yaşaya bilmək üçün sağlamlıq çox əhəmiyyətlidir. Sağlam yaşamaq üçün insan sağlamlığına zərər vuran hər şeydən, xüsusilə də siqaretdən uzaq durmaq lazımdır.

Samir Aslan

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran XİN: Azərbaycandakı yeni səfirimizin təqdimatı inzibati mərhələdədir
12:39 02.06.2025
İran XİN: Azərbaycandakı yeni səfirimizin təqdimatı inzibati mərhələdədir
Sabah leysan yağacaq, güclü külək əsəcək
12:36 02.06.2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı
12:32 02.06.2025
Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı
Meksikada reabilitasiya mərkəzində FAİCƏ: 12 ölü
12:29 02.06.2025
Meksikada reabilitasiya mərkəzində FAİCƏ: 12 ölü
Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür
12:27 02.06.2025
Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür
Lionel Messi minifutbol üzrə Azərbaycan millisini təbrik etdi - VİDEO
12:23 02.06.2025
Lionel Messi minifutbol üzrə Azərbaycan millisini təbrik etdi - VİDEO
İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul etdi
12:21 02.06.2025
İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul etdi
“Mən başlayanda özümə bir söz vermişdim” – Xalq artisti Röya
12:21 02.06.2025
“Mən başlayanda özümə bir söz vermişdim” – Xalq artisti Röya
Aysunun keçmiş həyat yoldaşı Maldivdə bal ayında - FOTOLAR
12:19 02.06.2025
Aysunun keçmiş həyat yoldaşı Maldivdə bal ayında - FOTOLAR
AZAL kollektivi Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
12:13 02.06.2025
AZAL kollektivi Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
"Zeytun" apteklərinə protokol tərtib edildi - Dərmanı baha satdığına görə
12:07 02.06.2025
"Zeytun" apteklərinə protokol tərtib edildi - Dərmanı baha satdığına görə
İndoneziyada baş verən sürüşmə nəticəsində ölənlərin sayı artdı
12:05 02.06.2025
İndoneziyada baş verən sürüşmə nəticəsində ölənlərin sayı artdı
Bakıda cəzaçəkmə müəssisəsində dam örtüyünün uçdu - Ölən var
12:02 02.06.2025
Bakıda cəzaçəkmə müəssisəsində dam örtüyünün uçdu - Ölən var
Bu şəxsləri dərhal blok edin - DİN-dən əhaliyə xəbərdarlıq
11:59 02.06.2025
Bu şəxsləri dərhal blok edin - DİN-dən əhaliyə xəbərdarlıq
Osimhenin "Qalatasaray"dan tələb etdiyi pul bəlli oldu - FANTASTİK MƏBLƏĞ
11:57 02.06.2025
Osimhenin "Qalatasaray"dan tələb etdiyi pul bəlli oldu - FANTASTİK MƏBLƏĞ
"Meydanı boş görüblər, çıxıb ağzına gələni danışırlar" - Əməkdar artistdən Aqşinə
11:52 02.06.2025
"Meydanı boş görüblər, çıxıb ağzına gələni danışırlar" - Əməkdar artistdən Aqşinə