Tanınmış maliyyə jurnalı olan "Forbes" 2011-ci ilin ən nüfuzlu insanlarını seçib. Siyahıya ilk dəfə olaraq bir türkün də adı daxil edilib. Siyahıda 100 nəfərin adı yer alıb. Lakin ilk onluğa daxil olanlar arasında ABŞ siyasətçiləri demək olar ki, yoxdur.
"Forbes"in siyahısının ilk pilləsində "Oskar"lı rejissor Stiven Spilberq durur. O, dünya kinosuna yön verən şəxslərdən biri kimi siyahıya salınıb. İkinci pillədə məşhur teleaparıcı Opra Unfri qərarlaşıb. İlk üçlüyü türkiyəli həkim Mehmet Öz qapayır.
Siyahının ilk onluğunda yer alan digər adlar bunlardır.
Ruş Limbaugh -siyasi tənqidçi, radio aparıcısı
Barbara Valters - televiziya əməkdaşı
Bono-musiqiçi
Fil Cekson - basketbol məşqçisi
Sanjay Qubta -həkim
Qlenn Bek - teleaparıcı
Bill Cosby- aktyor










































