2013-cü il Azərbaycan Güləş Federasiyası üçün uğurlu olub.
AZXEBER.COM-un verdiyi xəbərə görə, Azərbaycanın güləş üzrə yığması rəsmi beynəlxalq yarışmalarda 17 qızıl, 15 gümüş və 38 bürünc medal olmaqla 70 medal qazanıb.Bundan əlavə, Azərbaycan güləşçiləri 75 qızıl, 56 gümüş və 97 bürünc olmaqla, müxtəlif beynəlxalq turnirlərdə, o cümlədən Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qran-Pridə 228 medal qazanıb.