2014-cü ildə “Barselona” Bakıya gələ bilər

İDMAN
14:26 25.11.2013
999

AFFA UEFA-ya futzal üzrə “Dördlər finalı” UEFA Kubokunun Bakıda keçirilməsi üçün ərizə göndərib.

AZXEBER.COM-un AFFA-nın saytına istinadən verdiyi xəbərə görə, Elit mərhələnin 3 matçında 3 qələbə qazanan Azərbaycan klubu “Araz” “Dördlər finalı”na keçə bilib.Həlledici mərhələdə İspaniyanın “Barselona”, Moskvanın “Dinamo” və Qazaxıstanın “Kayrat” klubları da iştirak edəcək.“Dördlər finalı” gələn ilin aprel ayında keçiriləcək.AFFA-nın baş katibi Elxan Məmmədov “Dördlər finalı”nın Bakının hansı idman kompleksində keçiriləcəyini açıqlayıb.“Heydər Əliyev adına İdman Konsert Kompleksində təmir işləri getdiyindən, “Dördlər finalı” matçlarının keçirilməsi üçün biz “Sərhədçi” Olimpiya İdman Mərkəzini nəzərdə tutmuşuq”, - deyə Elxan Məmmədov bildirib.

OXŞAR XƏBƏRLƏR