“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”

“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
SİYASƏT
14:56 03.03.2026
1024
"Sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarındakı çıxışı zamanı bildirib.

"Sonuncu dəfə çıxışım zamanı qaz təchizatının coğrafiyasının genişləndirilməsi ilə bağlı planlarımıza toxunmuşdum. Gördüyünüz kimi, bu planlar artıq reallaşdırılıb. Hesab edirəm ki, digər mühüm hadisə qaz təchizatımızın artıq Avropa hüdudlarından kənardakı istiqamətlərə də çatması olmuşdur. İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlamışıq ki, bu da Suriya xalqına mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım göstərmək məqsədi daşıyır”, - dövlət başçısı vurğulayıb.

İlham Əliyev qeyd edib ki, Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü vasitəsilə biz əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə verdik: "Çünki hamıya yaxşı məlumdur ki, elektrik enerjisi olmadan heç bir inkişaf əldə etmək mümkün deyil. Bu, həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki qaz təchizatının şaxələndirilməsi hər bir ölkə kimi, bizim üçün də xüsusi əhəmiyyət daşıyır. Biz qaz qəbul edən ölkələrin şaxələndirmə ilə bağlı üzləşdikləri çətinlikləri anlayırıq. Lakin, eyni zamanda, istehsalçı ölkələr üçün də şaxələndirmə mühüm amildir.

Yenə də görürük ki, istehsalçı Azərbaycan, tranzit ölkələr və istehlakçılar arasında əməkdaşlıqda müsbət dinamika müşahidə olunur. Hesab edirəm ki, məhz bu birlik, birgə maraqlar və qarşılıqlı fayda prinsipi on ildən artıq davam edən uğurlu yolumuzun əsas amilidir.

Planlarımıza gəldikdə, bəli, biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik. Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Lakin bunun üçün şübhəsiz ki, ötən dəfə də qeyd etdiyimiz kimi, mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
17:54 17.09.2026
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
İsmayıllı rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirildi - FOTOLAR
17:51 17.09.2026
İsmayıllı rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirildi - FOTOLAR
Motosiklet və moped oğurlayan bir qrup yeniyetmə saxlanıldı
17:43 17.09.2026
Motosiklet və moped oğurlayan bir qrup yeniyetmə saxlanıldı
ADNSU-nun PR rəhbəri beynəlxalq “Stevie” mükafatının finalçısı oldu
17:34 17.09.2026
ADNSU-nun PR rəhbəri beynəlxalq “Stevie” mükafatının finalçısı oldu
Goranboyda 22 yaşlı gənc oğlanın meyiti tapıldı
17:29 17.09.2026
Goranboyda 22 yaşlı gənc oğlanın meyiti tapıldı
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"
17:20 17.09.2026
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu - FOTOLAR
17:14 17.09.2026
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu - FOTOLAR
Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir
17:03 17.09.2026
Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir
Tanınmış bloger “Əshabi-Kəhf” paylaşımına görə üzr İstədi - FOTO
16:55 17.09.2026
Tanınmış bloger “Əshabi-Kəhf” paylaşımına görə üzr İstədi - FOTO
"Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil"
16:37 17.09.2026
"Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil"
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"
16:32 17.09.2026
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"
Azərbaycanda zəlzələ oldu
16:26 17.09.2026
Azərbaycanda zəlzələ oldu
Prezident onu təltif etdi - FOTO
16:24 17.09.2026
Prezident onu təltif etdi - FOTO
Xankəndi Avropaya açılır: İlk qardaşlaşma proseduru başladı - FOTOLAR
16:22 17.09.2026
Xankəndi Avropaya açılır: İlk qardaşlaşma proseduru başladı - FOTOLAR
İCMA və AGTL arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
16:19 17.09.2026
İCMA və AGTL arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Azərbaycan xalqının tarixi zəfəri: Birlik, fədakarlıq və ədalət
16:05 17.09.2026
Azərbaycan xalqının tarixi zəfəri: Birlik, fədakarlıq və ədalət