Bakıda bir nəfər dənizdə batdı

Bakıda bir nəfər dənizdə batdı
SOSİAL
11:52 30.04.2016
1605
Bakı şəhəri, Suraxanı rayonunda rezin qayıqla dənizə balıq tutmaq məqsədilə çıxan 1 nəfər batıb.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda rezin qayıqla dənizə balıq tutmaq məqsədilə çıxan 1 nəfər (ən yaxınlıqdakı xilasetmə postundan 700 m aralı, nəzarətsiz ərazidə) qayığın çevrilməsi nəticəsində batıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin əraziyə cəlb olunub.
Axtarış-xilasetmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR