Liviyaya gedən azərbaycanlı dənizçilər itkin düşdü–Gəmi aparırmışlar

SOSİAL
14:40 07.03.2016
3087
İşləmək üçün Türkiyəyə gedən 3 Azərbaycan vətəndaşı - dənizçi itkin düşüb.
Bu barədə həmin şəxslərin yaxını, Türkiyədə işləyən azərbaycanlı Zaur Ağalı məlumat verib. Onun sözlərinə görə, Bakı şəhər sakinləri Salamov Namik (kapitan), Əliyev Fərid (motros) və motorçu olan, adı məlum olmayan digər həmyerlimiz “Gebze Denizçilik” adlı şirkətlə əməkdaşlıq ediblər. Onlar şirkətə məxsus “Kalkanlar 1” adlı gəmini Liviyaya aparıb orada müəyyən şəxsə təhvil vermək barədə razılığa gəliblər: “Onlar fevral ayının 20-də İzmit limanından yola düşüblər. Bir gün sonra ailələrinə zəng vuraraq bildiriblər ki, müəyyən yol qət etdikdən sonra fırtınaya düşüblər. Fevral ayının 21-dən etibarən onlardan heç bir məlumat yoxdur”.
Şikayətçinin sözlərinə görə, adıçəkilən şirkətlə nə vaxt əlaqə saxlanılsa onların 3 günə ünvana çatacağı deyilməklə kifayətlənir.
"Dənizçilər son zənglərində gəminin fırtınaya düşdüyünü deyiblər"
Məsələ ilə bağlı “Gebze Denizçilik” şirkətinin rəhbəri Ərcan Dəliürək bildirib ki, azərbaycanlıların Liviyaya çatdırmalı olduqları gəmidə Yunanıstan yaxınlığında texniki nasazlıq yaranıb və buna görə həmin şəxslər mənzil başına çata bilməyiblər: “Mən kapitan Namik Salamovla dünən danışdım. Mənə texniki nasazlığın aradan qalxmadığını, ona görə də Yunanıstan sahillərində olduqlarını və gəmini təmir etdiklərini bildirdilər. 3 gün sonra özüm də onların yanına gedəcəm və vəziyyəti barədə sizi xəbərdar edəcəm. Ancaq onlar itkin düşməyib. Taleləri də qaranlıq deyil”, - deyə şirkət rəhbəri bildirib.
Azərbaycanın Xarici İşlər Nazirliyindən isə məsələnin Türkiyədəki səfirlik və konsulluq vasitəsi ilə araşdırılacağını deyiblər.
Anspress.com

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb