Pensiyaçılara şad xəbər

İQTİSADİYYAT
11:47 11.06.2015
4587
DSMF məlumat yaydı.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF)2015-ci ilin iyun ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.
AZXEBER.COM -a DSMF-dən verilən məlumata görə, mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köcürülməsi Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyun ayının 1-i, respublikanın digər rayon və şəhərləri üzrə isə iyun ayının 11-i tarixində tam yekunlaşıb.
Ümumilikdə cari ilin 5 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 2015-ci ilin 5 ayı ərzində Fondun gəlirləri 1224,9 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,8 % və ya 33,6 milyon manat çoxdur.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 % artaraq 712,4 milyon manata çatıb.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 466,8 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,5 faiz və ya 36,8 milyon manat çoxdur. Cari ilin 5 ayı ərzində Fondun xərcləri 1213,4 milyon manat olub və bunun 1192,0 milyon manatı pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.
Qeyd edək ki, hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1milyon 292 min 040 nəfər təşkil edir. Onların 60,6 %-ni yaşa görə, 28,5 %-ni əlilliyə görə, 10,9 %-niisə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

OXŞAR XƏBƏRLƏR