Qarabağda erməni əsgəri öldü

SİYASƏT
12:39 11.06.2015
1658
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində - işğal altında olan Dağlıq Qarabağda erməni əsgər öldürülüb.
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə döyüş postunda baş verib.
Ölən şəxs müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1995-cil təvəllüdlü Edqar Genadiyeviç Melkonyandır.
Onun hansı şəraitdə öldürülməsi ilə bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR