İş axtaranlara şad xəbər

İş axtaranlara şad xəbər
Bütün Xəbərlər
11:29 13.08.2014
8727
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ayın sonunadək daha 8 rayon və şəhərdə əmək yarmarkası keçirəcək.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Məşğulluq Xidməti (DMX) işsiz və işaxtaran vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə növbəti əmək yarmarkasını avqustun 14-də Oğuz rayonunda keçirəcək. Yarmarkada 180-ə yaxın boş (vakant) iş yeri təqdim olunacaq.Ümumilikdə bu ayın sonunadək DMX tərəfindən Oğuz rayonu ilə yanaşı, Xaçmaz, Hacıqabul, Goranboy, Samux, Kürdəmir, Cəlilabad rayonlarında və Şirvan şəhərində də əmək yarmarkalarının keçirilməsi planlaşdırılır. Həmin şəhər və rayonların məşğulluq orqanları tərəfindən əmək yarmarkalarına hazırlıq işləri çərçivəsində idarə, müəssisə və təşkilatlardan boş (vakant) iş yerləri barədə məlumatlar toplanır.
OXŞAR XƏBƏRLƏR