Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur

Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur
SİYASƏT
00:15 28.05.2014
1595

Bu gün Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur. Uzun bir dövr Azərbaycan Rusiyanın müstəmləkəsi olub. Ancaq Azərbaycan xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün mübarizələr aparıb. XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli oyanış, xalqların müstəmləkəçilikdən azad olmaları və milli dövlətlərin yaranması əsri kimi də daxil olub. 1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Demokratik Cümhuriyyətini elan etdilər. ADC təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu Respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üç rəngli bayrağında türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq ADC cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdilər və Respublika süqut etdi. Respublika Günü - dövlət müstəqilliyinin bərpası günü - 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinə görə, 28 may qeyri-iş günü elan edilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı