Azərbaycanda doğuş zamanı növbəti ölüm faktı baş verdi

Azərbaycanda doğuş zamanı növbəti ölüm faktı baş verdi
Bütün Xəbərlər
12:35 28.05.2014
1019
Gəncə şəhərində doğuş zamanı ölüm faktı qeydə alınıb.
Gəncə şəhər Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Gəncə Regional Perinatal Mərkəzində baş verib.
Kəlbəcər rayon sakini, 23 yaşlı Ləman İlham qızı Məmmədova doğuş üçün mərkəzə yerləşdirilib. Uşaq dünyaya gəldikdən sonra ölüb. Prokurorluqdan verilən məlumata görə, ölümün səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR