İlham Əliyev başsağlığı verib

İlham Əliyev başsağlığı verib
SİYASƏT
20:00 26.05.2014
1371
“Yaralananların tezliklə sağalmasını arzulayıram”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı məktubu ünvanlayıb.
AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Sədr,
Urumçu şəhərində çoxsaylı insan tələfatına səbəb olmuş terror aktı bizi olduqca hiddətləndirdi.
Biz bu cür amansız hərəkətləri kəskin pisləyir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasına tərəfdar çıxırıq.
Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Çin xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.
OXŞAR XƏBƏRLƏR