Azərbaycan prezidenti İlham Əliyev Aman Tuleyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AZXEBER.COM-un məlumatına görə, Aman-gəldi Moldaqazıyeviç Tuleyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə təltif edilib.