İranda zəlzələ olub

DÜNYA
14:44 27.11.2013
876

Bu gün İranın Hörmüzqan vilayətində zəlzələ baş verib.

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Hörmüzqan vilayətinin Minab şəhərinə təsadüf edib. 4.6 bal gücündə olan zəlzələ Bakı vaxtı ilə saat 11:25-də (Tehran vaxtı ilə 10:55-də) yerin 10 km dərinliyində meydana gəlib.

Təbii fəlakət Minabdan 42 km, Larak adasından 67 km və Hörmüz adasından 70 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

OXŞAR XƏBƏRLƏR