İlham Əliyev Vladimir Putinə başsağlığı verib

SİYASƏT
12:54 18.11.2013
1142

Azərbaycan Prezidenti İlham Əliyev Tatarıstanda baş vermiş təyyarə qəzası ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.

AZXEBER.COM-un Azərtac-a istinadən verdiyi məlumata görə dövlət başçısının başsağlığı məktubunda deyilir: "Kazan aeroportunda təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirmişdir. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm".

Prezident İlham Əliyev, həmçinin Tatarıstan Prezidenti Rüstəm Minnixanova başsağlığı verib: "Kazan aeroportunda təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən sarsıtmışdır. Həmin qəzada Sizin oğlunuz İrekin faciəli şəkildə həlak olması haqqında xəbər məni çox kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".

OXŞAR XƏBƏRLƏR