Azərbaycan millisi Avropa çempionu oldu

İDMAN
11:13 20.06.2013
1289

Çernoqoriyanın Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

Azerisport.az xəbər verir ki, çempionatın ikinci günündə Fazil Həsənov (46 kq), Vurğun Əliyev (54 kq), Teymur Məmmədov(63 kq), Şamil Sadullayev (76 kq) və İqbal Hacızadə (100 kq) sərbəst güləş yarışlarında mübarizəyə qoşulublar.

63 kq çəkidə Teymur Məmmədov ardıcıl olaraq bütün görüşlərini qələbə ilə başa vurub və finala yüksəlib. Final yolunda slovak, rumın, erməni və türk rəqiblərini üstələyən Teymurun finalda rəqibi Rusiya güləşçisi olub.  Rәqibinә heç bir şans vermәyәn Teymur qızıl medala yiyәlәnib.

76 kq çəkidə təmsilçimiz Şamil Sadullayev ilk görüşdə erməni rəqibini məğlub edib. Şamil Sadullayev bu uğurunu axıra qədər davam etdirə bilməyib. Təmsilçimiz yarımfinalda məğlub olub, ancaq bürünc medal uğrunda görüşdә Polşa güləşçisini mәğlub edib vә bürünc medal әldә edib.

Fazil Həsənov (46 kq) və Vurğun Əliyev (54 kq) də yarımfinala qədər maneəsiz irəliləyib. Hər iki təmsilçimiz bürünc medal uğrunda görüşə çıxıb. Fazil Məmmədov Almaniya, Vurğun Əliyev isə Bolqarıstan təmsilçisini üstәlәyib, bürünc medala sahib olub. Belәliklә, yeniyetmә sәrbәst gülәşçilәr çempionatın ikinci gününü 1 qızıl vә 3 bürünc medalla başa vurub. Xatırladaq ki, Avropa çempionatının ilk günü yeniyetmə sərbəst güləşçilərimiz 3 qızıl və 1 bürünc medal qazanıb.

Ümumilikdə 4 qızıl vә 4 bürünc medal qazanan yeniyetmә sәrbәst gülәşçilәr komanda hesabında Avropa  çempionu  olub.

OXŞAR XƏBƏRLƏR