Ermənilər altı rayonda atəşkəsi pozublar

SİYASƏT
10:04 01.06.2013
1590

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi yenidən pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnosesk rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Tərtər rayonunun Göyarx, Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.Düşmən cavab atəşi ilə susdurulub.

OXŞAR XƏBƏRLƏR