Dövlət başçısı Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.AZXEBER.COM AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamda deyilir:Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:Azərbaycanda meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:Hacıyev Arif Səlim oğluHəbibov Vilayət Məhəbbət oğluİsayev Rauk Məmməd oğluQasımov Sabir İsgəndər oğluSultanov Akif Qara oğlu.