AZXEBER.COM portalı bürclərin 25 aprel tarixinə olan proqnozunu təqdim edir.
QOÇ- Hələ ki, mövcud durumunuz Göy qübbəsini qane edir. Əsası odur ki, hər hansı xoşagəlməzlik baş verməyəcək. Bu gün şəxsi işlərinizdə əsaslı dönüş etmək üçün aktivləşməlisiniz. BUĞA- Atdığınız hər bir addımın məsuliyyətini hiss edin. Bu, çıxaracağınız qərarların icrasında sizə böyük dəstək ola bilər. Əks təqdirdə gün ərzində müvəffəqiyyətə yetişə bilməyəcəksiniz. ƏKİZLƏR- Maraqlı görüşlər yolunuzu gözləyir. Ola bilsin ki, yeni təkliflər də alasınız. Axşam təmiz havada gəzinməyiniz sağlamlığınıza xeyir gətirə bilər. Büdcənizdə artım mümkündür. XƏRÇƏNG- Sevgi dolu bir gün yaşayacaqsınız. Yaxın adamların sizi başa düşməsi, o cümlədən səhvlərinizi bağışlaması ürəyinizcə olacaq. Nəzərdə tutmusunuzsa, nahardan sonra səfərə çıxın. ŞİR- Nədənsə bu ərəfələr sizin üçün o qədər də ürəkaçan keçmir. Bu səbəbdən də riskli və qeyri-adi hərəkətlərə yol verməməlisiniz. Qonaq getmək, gəzintiyə çıxmaq çox səmərəlidir. QIZ- İşlə özünüzü çox yormayın. Ulduzlar daha çox istirahətə yer ayırmağınızı tövsiyə edir. Saat 16-dan sonra yaxınlarınızla aranızda yaranmış anlaşılmazlıqlara aydınlıq gətirməyə çalışın. TƏRƏZİ- Nahara qədər ümumi vəziyyətiniz qənaətbəxş olacaq. Nəzərdə tutduğunuz işlərin bir çoxunu gerçəkləşdirəcəksiniz. Sonrakı vaxtınızı isə daha çox sizi anlayan insanlarla keçirin. ƏQRƏB- Sevgi amilinə daha böyük diqqət yetirin. Çünki iş gəldi-gedər olsa da, bu hisslər ilahidən gəldiyi üçün əbədidir. Gün ərzində sizə yaxın olanlarla mübahisələrdən yayının. OXATAN- Ailə üzvlərinizlə davranışlarda nəzakətli olun. Məhz belə olduqda özünüzə qarşı rəğbət oyada bilərsiniz. "Yalnız mən haqlıyam" ifadəsini tərgidin. İş günü olsa da, istirahətə vaxt ayırın. OĞLAQ- Hər mənada uğurlu gün yaşayacaqsınız. Ulduzlar bəxtinizin gətirəcəyini bəyan edir. Təzə xəbərlər də eşidəcəksiniz. Amma həmkarlarınızla təmkinli davranın ki, işdə passivlik yaranmasın. SUTÖKƏN- Bir qədər mübahisəli ərəfədir. Daimi ünsiyyətdə olduğunuz adamlarla, ələlxüsus da həmkarlarınızla xoşagəlməz situasiyalara cəlb oluna bilərsiniz. Bələd olmadığınız ünvanlara getməyin. BALIQLAR- Astroloji göstəricilərə görə bu gün əməkdaşlıq zəminində uğurlarınız böyük olacaq. Aldığınız təkliflərin perspektivlərinə inanırsınızsa, imtina etməyin. Varlanmaq şansınız var. |