Fələstinin baş naziri Salam Fəyyad vəzifəsindən istefa verib.
AZXEBER.COM-un məlumatına görə, S.Fəyyad istefa barədə öz xahişini İordaniyada səfərdə olan prezident Mahmud Abbasa göndərib. Fəyyadın istefa verməsinin səbəbi onun Abbasla dövlət siyasətinin əsas istiqamətlərində yaranan böyük fikir ayrılığı olub.Müşahidəçilərin fikrincə, onların arasındakı fikir ayrılığı o həddə çatıb ki, hətta Prezident onu məcburən istefaya göndərə bilərdi.Xatırladaq ki, aprel ayının əvvəlində, Salam Fəyyad mədə ağrıları ilə xəstəxanaya yerləşdirilmişdi. Müayinədən sonra Fəyyad iş fəaliyyətinə davam edirdi.