İlhamə Quliyeva: Artıq bütün dünya bizi tanıyır"

ŞOU-BİZNES
14:12 15.05.2011
1285
Xalq artisti İlhamə Quliyeva: “Bu gün bizim böyük bayramımızdır. Bütün dünya azərbaycanlarını bayram münasibətilə təbrik edirəm. Mən bu qalibiyyəti gözləyirdim və inanırdım. Düşünürəm ki, “Eurovision-2011”də birinciliyi qazanmağımız dövlətimizi dünyaya tanıtdı. Artıq tanımayanlar da bizi tanıyır. Gələn il “Eurovision” yarışmasının Bakıda keçirilməsi o deməkdir ki, artıq Azərbaycan dünyaya özünü qəbul etdirib. Artıq bizi dünya tanıyır. Mən Eldarı da, Nigarı da təbrik edirəm. Sağ olsunlar ki, vətənimizin başını uca etdilər. Məni sevindirən hallardan biri də ermənilərin ümumiyyətlə finala keçməməsidir. Yarışdan kənarda baxa-baxa qaldılar. Bu bizim qalibiyyətimizdir. O gün olsun ki, ermənilərə daim beləcə qalib gələk, torpaqlarımızı azad edək. Mən buna inanıram. Ürəkdən şadam.
/// ANSPRESS
OXŞAR XƏBƏRLƏR