Londonda videosu çəkilən İlqarə yenə xaricə getdi

ŞOU-BİZNES
16:47 05.04.2011
2410
“Bu əlbəttə ki, yaxşı olmadı. Gərək olmayaydı. Biz neçə il bir yerdə oxumuşuq, gəzmişik. Bu videonun yayıldığına görə, belə bir formaya gəlib çatdığına görə və buna baxan Azərbaycan xanımlarından üzr istəyirik”, deyə O. Nəsirov bildirib. 

Görüntülərin yayılması ilə bağlı keçirdiyi əsəb gərginliyinə dözməyən xalq artistinin qızı İlqarə isə Vətənini tərk edərək Moskvaya gedib. O, bu addımını Azərbaycanda yaşaya bilməməsi ilə əlaqələndirib.

Qarşı tərəfin Azərbaycan qadınlarından üzr istəməsi isə müğənninin ürəyini soyutmayıb. Bu barədə A. Kazımova ANS TV-nin efirində video ilə bağlı adı hallananlardan biri - Orxan Nəsirovla telefonla danışarkən bildirib.
Kamera qarşısında həyata keçirilən telefon danışığı zamanı xalq artisti bildirib ki, Orxan Azərbaycan qadınından deyil, məhz İlqarədən üzr istəməlidir. Bunu da onunla əsaslandırıb ki, onların videoya cəkib internet səhifələrinə yerləşdirdiyi Azərbaycan qadınları yox, məhz İlqarədir. Bu səbəbdən də fərdi olaraq İlqarədən üzr istəmək lazımdır.

Telefon danışığı zamanı müğənni Orxana bildirib ki, “Bizim əvvəlcədən razılaşmamıza görə, siz İlqarədən üzr istəməli idiniz. Amma, nədənsə ANS-in efirinə çıxanda qızımın adı yadınızdan çıxdı”.

/// qafqazinfo.az

OXŞAR XƏBƏRLƏR