“Zatulini danışdıran, sadəcə erməni diasporunun pullarıdırmı?” - Deputat

“Zatulini danışdıran, sadəcə erməni diasporunun pullarıdırmı?” - Deputat
SİYASƏT
01:22 02.08.2025
4502
Elçin Mirzəbəyli,
Milli Məclisin deputatı
 
Konstantin Zatulini danışdıran, sadəcə erməni diasporunun pullarıdırmı?  Dumanın MDB məsələləri üzrə komitəsinin sədr müavini kimi, ən azı ideologiya və təbliğat baxımından strateji bir vəzifənin daşıyıcısı olan bu şəxsi uzun illərdən bəri Azərbaycana qarşı nifrət nitqini durmadan davam etdirməyə sövq edən həqiqətənmi sadəcə onun "ermənilərə olan sonsuz sevgisi”dir?
Zənnimcə, imperativ şəkildə belə bir iddiada bulunmaq bir az sadəlövh yanaşma olardı… 
 
Ola bilsin ki, Zatulinin erməni sinif və tələbə yoldaşları, ortaqları ilə münasibəti onun verilən tapşırıqları daha qabarıq və daha aqressiv şəkildə yerinə yetirməsini stimullaşdırır. Amma tapşırıqları, şübhəsiz ki, Dumanın komitə sədrinin müavininə sinif və tələbə yoldaşları, ortaqları vermirlər. 
Məhz bununla bağlı bir vacib məqama diqqət çəkmək istəyirəm: 
2019-cu ilin yanvarında "Distributed Denial of Secrets” qrupunun fəalları rusiyalı məmurların və iş adamlarının yazışmalarını və sənədlərini əhatə edən 175 giqabaytlıq məlumat bazasını açıqlamışdılar.
 
Arxivdəki materialların əsas hissəsi Rusiya-Ukrayna münaqişəsinə, rus oliqarxlarının biznesinə və Kremlin Rusiya Pravoslav Kilsəsi ilə əlaqələrinə həsr olunmuşdu. Maraqlı məqamlardan biri də açıqlanan sənədlərin arasında yer alan nə az, nə çox, düz 1500 məktubda Konstantin Zatulinin adının keçməsidir.

Xatırladım ki, illər öncə "Pravoslav ekspertlər assosiasiyası” adlanan qatı mühafizəkar bir təşkilat vardı. Bu təşkilata Kirill Frolov adlı Zatulinin himayəsində olan şəxs rəhbərlik edirdi. Onların ideologiyası isə çox sadə idi: daha çox pravoslav kilsəsi tikmək və Vladimir Putinlə patriarx Kirillin ittifaqını dəstəkləmək…
Bu təşkilatla bağlı yazışmalarda hakim Vahid Rusiya partiyasından Dövlət Dumasının deputatı Konstantin Zatulin, onun seçki kampaniyası və deputat fəaliyyəti barədə məlumatlar da yer alır. Aşağıda həmin məktublarda yer alan bəzi məqamları təqdim edirəm və düşünürəm ki, nəticə çıxarmaq üçün yetərlidir:
2013-cü ildə Kirill Frolov Moskva şəhər yeparxiyasının rəhbəri Mixail Kuskovun ünvanına göndərdiyi məktubda Konstantin Zatulinlə bağlı yazır:
"Zatulin hakim komandanın üzvüdür, güc strukturlarının rəhbərliyinə yaxındır və yaxın vaxtlarda Rusiya, Belarus və Ukrayna slavyan xalqları məclisinin həmsədri seçiləcək.”

Zatulinin rəsmi tərcümeyi-halında bildirilir ki, onun atası SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin  ən yüksək mükafatı olan "Fəxri Çekist” medalı ilə təltif olunub…

Frolovun 2010-cu ildə yazdığı məktublarda isə qeyd olunur ki, Zatulinin rəhbərlik etdiyi MDB ölkələri institutunda, əsasən Federal Təhlükəsizlik Xidmətinin (FSB) istefada olan əməkdaşları çalışırlar. Və həmçinin xüsusi olaraq vurğulanır ki, "Zatulin güc strukturlarından gələn siqnallara qarşı son dərəcə həssasdır.”
Zənnimcə, əlavə şərhə ehtiyac yoxdur. Bütün sualların cavabını "işıq gələn”, "it hürən” tərəfdə deyil, fit çalınan tərəfdə axtarmaq lazımdır. Doğrudur, bu "nağıl”da da it hürür, amma fitdən sonra…
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
16:03 05.11.2026
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
15:57 05.11.2026
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
15:54 05.11.2026
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
15:43 05.11.2026
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
15:38 05.11.2026
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
15:36 05.11.2026
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər