Yenə ölmədi - VİDEO

Yenə ölmədi - VİDEO
MARAQLI
10:39 28.12.2012
3979

“Nə mən yox olacağam, nə də xaini yox edəcəyəm”

Reytinq rekordçusu “Kurtlar Vadisi Pusu” serialının yeni - 176-cı seriyasının kadrları yayılıb. Xatırladaq ki, 175-ci seriyada Polad Alemdarın Suriyada şəhid olduğu bildirilmişdi. Bu seriyanın finalında “Ağsaqqallar”ın içində olan xaini axtarmağa başlayan maskalı bir şəxs bu məqsədlə heyət üzvü Faruk bəyi qaçırır. Sosial şəbəkə saytlarında maskalı fədainin Polad Alemdar olduğu idda olunsa da, yeni karlarda bu barədə məlumat verilməyib. Türkiyə kəşfiyyatı adına əməliyyatlar keçirən maskalı fədai kimdir? Onun xaini axtarmaq cəhdlərinin nəticəsi olacaqmı? “Nə mən yox olacağam, nə də xaini yox edəcəyəm” - deyən Ağsaçlının (Adil Əşrəfoğlu) maskalı fədai ilə əlaqəsi varmı? Prokuror Leyla “Ağsaqqallar”la görüşə biləcəkmi? Gürcüstanda keçirdikləri əməliyyatda Kara, Baki və İmdadı kim əsir götürür? Onlar xilas ola biləcəkmi? Bu və s. bu kimi sualların cavabını “Kurtlar Vadisi Pusu” pərəstişkarları serialın yayımlanacaq yeni – 176-cı seriyasında öyrənəcək. (anspress)

OXŞAR XƏBƏRLƏR