Azərbaycanda zəlzələ oldu

MAQAZİN
10:43 28.03.2013
1701

Azərbaycanın Bərdə rayonunda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ bu gecə saat 01.25-də Bərdədən 15 km şimalda baş verib. Zəlzələnin maqnitudası 3.40, dərinliyi 24 km olub.

Zəlzələ Bərdədə 3 bala qədər hiss olunub.

Tikililərdə dağıntılar yoxdur.

OXŞAR XƏBƏRLƏR