Bakının mərkəzində bıçaqlanma hadisəsi baş verib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xəqani parkında qeydə alınıb. Orta məktəb şagirdi, 15 yaşlı Alim Mahmudov həmyaşıdı Nazim Bəkirovu bıçaqlayıb. Bıçaq xəsarətləri alan N. Bəkirov ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib.