61 yaşlı qadının 8 yaşlı əri danışdı - FOTOLAR

MAQAZİN
12:24 26.03.2013
9514

Cənubi Afrikada 8 yaşlı Sanele adlı oğlan 5 uşaq anası olan 61 yaşlı arvadı haqqında danışıb.

AZXEBER.COM-un məlumatına görə, 8 yaşlı uşaq jurnalistlərə verdiyi açıqlamada həyat yoldaşı Heleni sevdiyini söyləyib:

“Özümü Helenə uyğun bir həyat yoldaşı kimi hiss edirəm. Evləndiyim gün mənim üçün çox gözəl bir gün idi. Mən özümü Helenin əri kimi hiss edirəm”.

8 yaşlı uşağın həyat yoldaşı Helen isə onların evliliyi ilə bağlı səslənən fikirlərə münasibət bildirib:

“Mən səhv etdiyimizi düşünmürəm. Bu bizim mədəniyyətimizdir. Ailə başçıları evlənməyimizi istədilər və biz də bunu etməyə məcburduq. Digər insanların bunu başa düşəcəyinə inanmıram”.

Helenin 65 yaşındakı digər əri isə bu evliliyə isti baxdığını söyləyib.

“Mən bu evliliyin əlehinə deyiləm. Ailənin ağsaqqalları belə məsləhət görüb”.

Qeyd edək ki, bu evlilik 8 yaşlı uşağın vəfat edən babasının son vəsiyyətini yerinə yetirmək məqsədilə baş tutub.

OXŞAR XƏBƏRLƏR