Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts 2014-cü il dünya çempionatının seçmə mərhələsində Portuqlaiya yığması ilə Bakıda oyundan sonra jurnalistlər qarşısına çıxıb. Apasport.az saytının məlumatına görə, çalışdırıcı ilk olaraq 0:2 hesabı ilə uduzduqları matçı dəyərləndirib.- Hakimin belə qərarından sonra razı olmalıyıq. Mən komandamdan tam razı qalmadım. Mən sürətli oyun, rəqibə qarşı təzyiq gözləmirdim. Belə güclü rəqiblə oyunda gec-tez qol olacağını gözləyirdim.