‘Ermənini yerə yıxıb başına 5 yumruq vurdum’ – MÜSAHİBƏ - FOTOLAR

DÜNYA
01:31 22.03.2013
9736

AZXEBER.COM portalı gənc idmançı, qaydasız döyüş üzrə dünya çempionu və respublika çempionu Heydər Məmmədəliyevin portalımıza verdiyi müsahibəni təqdim edir.

- Heydər, neçə ildir qaydasız döyüşlə məşğul olmusan?

Bu idman növü ilə artıq 4 ildir ki, məşğulam.

- Ümumilikdə nə qədər döyüş keçirmisən və bunların neçəsi peşəkar, neçəsi həvəskar döyüşlər olub?

Ümumilikdə 20-dən çox döyüşdə olmuşam. Həvəskarlar arasında keçirilən döyüşlərdə məğlub olduğum döyüşlər də olub. Amma keçirdiyim 5 peşəkar döyüşün heç birində məğlub olmamışam.

- Bu idman növü ilə bağlı fəaliyyətdə olan federasiyanın fəaliyyəti səni qane edirmi?

Fedarasiya yeni yaranmasına baxmayaraq, fəaliyyəti çox uğurludur. Hazırda federasiyaya rəhbərliyi Azad Əsgərov edir. Azad müəllim həm də mənim müəllimimdir. İnşallah gələcəkdə federasiyanın fəaliyyətinin daha da genişlənəcəyinə əminəm.

- Yarışlara federasiyanın dəstəyi ilə gedirsən?

Peşəkar yarışlar olur ki, onlara sponsorların dəstəyi ilə gedirəm. Bu yarışların çoxu qonararla keçirilir. Amma həvəskar yarışların çoxunu federasiyanın dəstəyi ilə gedirik. Hər bir idmançı federasiyanın dəstəyini hiss edir.

- Bildiyim qədərilə Polşada keçirilən yarışmada dünya çempionu olmusan və bu yarışmada finalda erməni ilə döyüşmüsən. İstərdim biraz bu haqda oxucularımıza məlumat verəsən.

Polşada keçirilən çempionatda finalda erməni döyüşçü Georgi Muradyanla qarşılaşdım. Rusiyada qaydasız döyüş üzrə tanınmış idmançıdır. Döyüşdə 20 xal məndə idi, 3 xal isə onda. Daha sonra hakim mənim xeyrimə parter elan etdi. Mən həmin döyüşdə ermənini yerə yıxıb başına 5 yumruq vurdum. Döyüşün ikiqat qalibi mən oldum. - Heydər sənə elə gəmirmi ki, bu qədər uğur qazanan bir idmançı kimi insanlar səni tanımır. Bizdə erməniləri məğlub edən idmançılara daha çox sevgi ilə yanaşırlar. Sən finalda ermənini məğlub edib çempion olmusan. Ammaelə də tanınmırsan. Səncə bunun səbəbi nədir?

Mən tanınmaq üçün xüsusi nəsə etməyin əleyhinəyəm. Ona görə tanıyan da sağ olsun, tanımayanda. Mən məşqimi edirəm və öz üzərimdə durmadan işləyirəm. Özümü reklam etməyi sevmirəm.

- Polşadan başqa hansı ölkələrdə turnirlərdə olmusan?

Rusiyada keçirilən döyüşlərdə iştirak etmişəm. Bu yarışların həvəskarları da olub, peşəkarları da.

- Axırıncı döyüşü nə vaxt keçirmisən?

Axırıncə döyüşə bu il çıxmışam. Respublika çempionatı idi və orada birinci yeri tutdum.

Gələcəkdə hədəflərin nələrdi?

- Gələcəkdə özümü daha çox inkişaf etdirib ən böyük hədəfimə çatmaq istəyirəm. Bu ABŞ-da hər il keçirilən qaydasız döyüş üzrə çempionatdır. Oranın qızıl kəmərinə sahib olmaq istəyirəm. İnşallah bunun üçün əlimdən gələni edəcəyimə əminəm.

Söhbətləşdi:

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR