Mourinyonun qeyd dəftəri: 'Qalatasaray'ın oyunundan nə yazdı?

MAQAZİN
23:02 19.03.2013
2430

AZXEBER.COM-un məlumatına görə, ənənəvi olaraq oyunu izləyərkən qeyd dəftərçəsi və qələmi əlində olan Mourinyonun qeydlərini İspaniya mətbuatı öyrənə bilib.

Portuqaliyalı mütəxəssis “sarı-qırmızılılıar”ın oyunundan aşağıdakı nəticələrə gəlib:

-Zərbə: 10 (qapıya 6), hava ötürməsi 13 (sağ cinah 6, sol cinah 7, dəqiq 5)

-Selçuk İnan komandanın beynidir, ancaq bir az ləngdir.

-Uesli Sneyderə diqqət! Çox istəklidir. Qol vurdu

-Burak Yılmaz: Hər zaman aktiv və sürətlidir. Ofsayda düşməyə meyllidir.

-Hamit: zədələndi, onu əvəzləyən Sabri ondan daha sürətlidir.

-Melo və Selçuk irəli getdikdə orta sahə boş qalır.

-Droqbaya üzünü qapıya çevirməyə imkan vermək lazım deyil. Lakin əvvəlki qədər güclü də deyil.

-Riera hücuma keçdikdə arxa sahə boş qalır.

-Ehtiyat oyunçulardan Amrabat hərəkətli, Umut Bulut çox qüvvətlidir.

OXŞAR XƏBƏRLƏR