Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi yenidən pozublar.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Mərzili, Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli, Tərtər rayonunun Çaylı, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.Düşmən cavab atəşi ilə susdurulub.1994-cü il may ayının 8-də Bişkekdə imzalanan atəşkəs haqqında protokol, mayın 12-də qüvvəyə minib və həmin gün cəbhə xəttində fəal hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.Atəşkəs müqaviləsinin imzalanmasına baxmayaraq, erməni silahlı qüvvələri hələ də razılaşmaya əməl etmir. Həmin tarixdən bu günə qədər cəbhə boyu minə qədər monitorinq aparılsa da, hər gün qarşı tərəfin silahlı qüvvələrinin atəşkəsi pozması barədə xəbərlər alırıq.Təkcə 2011-ci ilin əvvəlindən bu günə kimi erməni əsgərlərinin açdığı atəş nəticəsində 25 hərbçimiz şəhid olub, 2 mülki şəxs, o cümlədən 9 yaşlı uşaq öldürülüb.