Hava necə olacaq?

MARAQLI
00:45 07.12.2011
1668
Yaxın 2 gün ərzində ölkə ərazisində əsasən yağıntısız, mülayim hava şəraiti gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya və Proqnozlar bürosundan verilən məlumata görə, noyabrın 8-də Bakıda və Abşeron yarımadasında yağmursuz hava müşahidə olunacaq, gün ərzində mülayim cənub küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Paytaxtda gecə 4-6 dərəcə, gündüz 10-15 dərəcə isti proqnozlaşdırılır.Bölgələrdə dekabrın 8-də da yağmursuz hava hakim olacaq, cənub küləyi əsəcək. Mərkəzi Aranda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti gözlənilir. Dağlarda və dağətəyi rayonlarda 0-5 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti müşahidə olunacaq.Dekabrın 9-da Bakıda əsasən yağmursuz hava proqnozlaşdırılır. Gecə və səhər duman olacaq, günün ikinci yarısında mülayim cənub küləyi mülayim şimal küləyi ilə əvəz olunacaq. Temperatur göstəricilərinə gəldikdə, öncəki günlə eynilik təşkil edəcək.Bölgələrdə dekabrın 9-da buludsuz, yağıntısız hava gözlənilir. Temperatur rejimində dəyişiklik müşahidə olunmayacaq.

OXŞAR XƏBƏRLƏR