Mövqelərimiz atəşə tutulub

Mövqelərimiz atəşə tutulub
MARAQLI
10:36 07.10.2011
758

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 6-da atəşkəsi pozub. Saat 19.00-dan 19.25-dək Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 21.30-dan 21.45-dək Xocavənd rayonunun Kuropatkino kəndi, saat 23.15-dən 23.25-dək və 23.20-dən 23.25-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.

OXŞAR XƏBƏRLƏR