Tayvanda çox dəhşətli bir hadisə baş verib. ANS PRESS "Haber365"ə istinadən xəbər verir ki, 30 yaşlı Pan adlı qadın həyat yoldaşı tərəfindən dəfələrlə təhqir olunduğu və başqa qadınlarla aldadıldığı üçün intiqam almağa qərar verib. O, əri yatarkən onun cinsiyyət orqanını qayçı ilə kəsərək çaya atıb. Polis qadını həbs edib. Qadın nakotikin təsiri altında yatan ərinin cinsiyyət orqanını kəsdiyini etiraf edib. Qadının cinayəti tam sübuta yetirilərsə, onu 12 ilə qədər cəza gözləyir. Qeyd edək ki, qadın etdiyi hərəkətdən peşman olmadığını bildirib.