Nazirlər Kabinetindən verilən məlumata görə, hökumət Ramazan bayramı ilə bağlı iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib.Qərara görə, Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2011-ci ilin 27 avqust istirahət günü ilə 29 avqust iş gününün yeri dəyişdirilib.Beləliklə avqustun 28, 29, 30 və 31-I qeyri-iş günü olacaq.Ramazan ayının ilk günü bu il miladi təqvimlə avqustun 1-də başlayıb.