Bu gün hava necə olacaq?

MARAQLI
02:17 30.08.2011
1912
Avqustun 30-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 15-20°, gündüz 25-30° isti olacaq. Bakıda gecə 16-18°, gündüz 28-30° isti təşkil edəcək. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 761 millimetr civə sütununadək enəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 50-55 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.Naxçıvan Muxtar Respublikasında yağmursuz keçəcək. Temperatur gecə 11-16°, gündüz 28-33° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında havaların əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Temperatur gecə 6-11°, gündüz 15-20° isti olacaq.Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi- Füzuli-Cəbrayıl rayonlarında havaların əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 13-18°, gündüz 23-28° isti olacaq.Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havaların əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Temperatur gecə 8-13°, gündüz 22-27° isti olacaq.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havaların əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 14-19°, gündüz 28-33° isti təşkil edəcək.Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havaların əsasən yağmursuz, səhər dağlarda duman olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR