Hava necə olacaq?

Hava necə olacaq?
MARAQLI
02:34 20.08.2011
2078

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, avqustun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-25 dərəcə, gündüz 29-34 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq. Azərbaycanın rayonlarına gəlincə, avqustun 20-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimal olunur. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-25 dərəcə, gündüz 31-36 dərəcə, dağlarda gecə 11-16 dərəcə, gündüz 20-25 dərəcə isti təşkil edəcək. Milli Hidrometeorologiya Departamenti hava şəraiti haqqında qısa icmalı da açıqlayıb. Yaxın iki gün ərzində Abşeron yarımadasında mülayim şimal-qərb küləyinin arabir güclənməsi müşahidə olunacaq.

OXŞAR XƏBƏRLƏR