‘İmkan olsa onu Foqtsdan soruşun’ – Kamran Ağayev

DÜNYA
00:13 18.03.2013
1905
AZXEBER.COM porralı, futbol üzrə Azərbaycan yığmasının qapıçısıKamran Ağayevin azerisport.az saytına müsahibəsini təqdim edir. - Yığmanın toplanışı necə keçir? - Hər şey əladır. Hamı yaxşı əhval-ruhiyyədədir. Bizi iki çətin və vacib oyun gözləyir. Bu oyunlardan uğurlu nəticə ilə ayrılmaq istəyirik. Lakin indidən hər şeyin necə nəticələnəciyini deyə bilmərəm. Hər şey baş verə bilər. Hər şeyə hazır olmalıyıq. - Lüksemburqla oyunun daha vacib olduğunu demək olar? - Niyə belə hesab edirsiz ki? Portuqaliya ilə oyun vacib deyil? - Ən azından daha zəif rəqiblə oyunda üç xal qazanmağımız daha real görünür, nəinki Portuqaliyadan... - Portuqaliya ilə oyun öncəsi bizim üçün kimə qarşı oynamağımızın heç bir fərqi olmayacaq. Lüksemburqla oyun ona görə indi daha vacibdir ki, Portuqaliya ilə görüşdən əvvəl keçiriləcək. Yəni bu oyunda istədiyimizi qazanıb, digərini düşünmək istəyirik. - Son aylarda oyun təcrübənizin olmaması sizə problem yaratmayacaq ki? Məşqlərə əsasən, əsas heyətdə çıxıb-çıxmayacağınızı müəyyənləşdirə bilmisiz? - Bunu məşqlər müəyyənləşdirmir. Məşqlərdə hamıya qarşı eyni münasibət var. Bir nəfər nə edirsə, hamı onu təkrarlayır. Hər birimiz meydana çıxa bilərik. Amma əsas heyətdə mən meydana çıxsam, əlimdən gələni edəcəm ki, qol buraxmayım. Məncə, bu, uğurun yarısıdır. - Tutaq ki, siz məşqçi olsaydınız, daha təcrübəli, amma uzun müddət oynamayan qapıçıya güvənərdiniz, yoxsa, gənc və daimi oyun təcrübəsi olana? - Belə sualları mənə verməyin (gülür). İmkan olsa, Berti Foqtsdan soruşun. Ola bilər ki, kimlərsə mənim hazır olmadığımı düşünürlər. Amma onlarla razı deyiləm. Özümü hazır sayıram. Əks halda yığmada olmazdım. - Elə isə niyə “Bakı”da debütünüz gerçəkləşmir? - Hazırda yığmanın düşərgəsindəyəm və klubla bağlı suallara cavab vermək istəmirəm. Öz gücümə inanıram və bilirəm ki, yığmaya kömək edə bilərəm. Kifayət qədər təcrübəm var ki, bu və digər çətinlikləri arxada qoya bilim.

OXŞAR XƏBƏRLƏR