Antalyada dincələn azərbaycanlılar oteldən 3 kilo qızıl oğurladılar

MARAQLI
06:13 08.08.2011
1880

Türkiyədə 3 kiloqram qızıl oğurlayan azərbaycanlılar tutulub. “alanyaxəbər”i i verdiyi məlumata görə, Antalya şəhərində yerləşən “Delphin Deluxe Resort” otelindəki “Necati Center Juvellers” qızıl-zinət dükanından 3 kiloqramdan çox qızıl oğurlanıb. Aparılan araşdırmalardan sonra oğurluğun adları açıqlanmayan Azərbaycan vətəndaşları tərəfindən törədildiyi məlum olub. Lakin həmin şəxsləri dərhal tutmaq mümkün olmayıb. Məlum olub ki, Antalyaya istirahətə gəlmiş azərbaycanlılar qızılları da götürərək Antalya hava limanından Rusiyaya uçublar.

Çox keçmədən məsələ ilə bağlı Rusiya tərəfi məlumatlandırılıb və adları açıqlanmayan azərbaycanlılar hava limanında saxlanılıb. Onlardan oğurladıqları qızıllar götürülüb.

Qeyd edək ki, cinayətin üstünün açılmasında təhlükəsizlik kameralarının çəkdiyi kadrlar həlledici olub. /// lent.az

 

OXŞAR XƏBƏRLƏR