Futbolda dəhşət! Oyunçular hakimi döyə-döyə öldürdülər

İDMAN
08:50 04.12.2012
1808
Hollandiyada 41 yaşlı hakim yeniyetmələr arasında futbol çempionatında oyunçular tərəfindən döyüldükdən sonra ölüb. Riçard Novehuyzen Amsterdamın “Noyv Sloten” klubunun “Byuyten Boyz” komandası ilə qarşılaşmasında yan həkimi təyin edilib. Oyun zamanı bir neçə futbolçu hakimə hücum edib.AZXEBER.COM-un “Accosiated Press”ə istinadən verdiyi məlumata görə, döyüldükdən sonra hakim özünü pis hiss edib. Onu xəstəxanaya aparıblar. Lakin həkimlər Riçard Novehuyzenə kömək edə bilməyiblər və hakim dünyasını dəyişib.Hollandiya KİV-inin məlumatına görə, hücumdan sonra hakim hücum edən futbolçuların əlindən qaçmağa çalışıb. Lakin futbolçular onu tutublar və döyməyə davam ediblər. Riçard Novehuyzen döyülmək nəticəsində başından çoxsaylı xəsarətlər alıb.Hadisə dekabrın 2-də günün ikinci yarısında baş verib. Polis hakimi döyənlərdən üç nəfəri saxlayıb. Onların 15-16 yaşının olduğu bildirilir. Davada iştirak edənlərin hamısı komandadan uzaqlaşdırılıb, klub isə yarışlarda iştirak hüququndan məhrum edilib.

OXŞAR XƏBƏRLƏR