AZXEBER.COM portalı məsələ ilə bağlı kiçik bir araşdırma aparıb. Araşdırma nəticəsində etibarlı mənbələr tanınmış jurnalistin ölüm xəbərinin yalan olduğunu söyləyiblər. Məsələ ilə bağlı AZXEBER.COM portalı Mirzə Xəzərlə əlaqə yaradıb. Tanınmış jurnalist portalımız vasitəsi ilə onun ölüm xəbərini yayanlara cavab verib: “Belə bir sərsəm xəbəri yayan adam deyəsən gecə pis bir yuxu görüb. Mən sağ və salamat evimdəyəm. Ölməmişəm, yaxşıyam. Yeyirəm, yatıram, gəzirəm. Səhhətim yaxşıdı. Sosial şəbəkədə fəal olmağa çalışıram. Vebsaytım üçün şərhlər yazıram. Xəbəri kimin və nə niyyətlə yaydığından xəbərim yoxdur. Mən sağam! Bundan əlavə bu xəbəri yayanlara cavab vermək niyyətim yoxdur”.
Əfsələddin Ağalarov