AFFA klubları və futbolçuları cəzalandırdı

İDMAN
18:58 27.11.2012
1053

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

AZXEBER.COM-un qurumun saytına istinadən yaydığı xəbərə görə, iclasda Premyer Liqanın son turunda baş verən hadisələrlə bağlı qərar verilib.

“Kəpəz” – “Xəzər Lənkəran” görüşünün 80-ci dəqiqəsində yerli azarkeşlər tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. “Kəpəz” klubu ev oyunları zamanı təhlükəsizlik tədbirlərini gücləndirmək tapşırılıb. Analoji hadisənin baş verəcəyi təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.

Oyun başa çatdıqdan sonra “Xəzər Lənkəran”ın futbolçusu Kamal Bayramov azarkeşləri təhqir etdiyi üçün futbolçu üç oyunluq cəzalanır, klub 2000 manat cərimə olunub.

Premyer Liqasının XIV turunun “Qarabağ” – “Turan” matçında Tovuz klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

AZAL – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Bakı” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.Oyunun 87-ci dəqiqəsində “Bakı” klubunun futbolçusu Novruz Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu iki oyunluq cəzalanır, klub 2000 manat cərimə olunub.

“Rəvan” – “Qəbələ” matçının 44-cü dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Rəşad Abdullayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu iki oyunluq cəzalanır, klub 2000 manat cərimə edilib.Oyunun 70-ci dəqiqəsində “Rəvan” klubunun futbolçusu Ekrem Hodziç kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

OXŞAR XƏBƏRLƏR