Cinsi azlığın nümayəndələri həccə gedə bilər? – Mütəxəssis cavabı

MAQAZİN
12:10 14.03.2013
2601

“Belə bir insan həccə getmək istəyərsə, siz necə deyə bilərsiniz ki, xeyir olmaz getmək?”

Son günlər şou-biznesdə dolaşan ən qalmaqallı xəbərlərdən biri də prodüser Zorikin həccə getmək istəməsidir. Bu isə cəmiyyətdə yeni bir sual ortaya çıxardıb. Görəsən cinsi azlığın nümayəndəsi olan insanlar həcc ziyarətinə gedə bilərmi? İslam dini bununla bağlı nə buyurur?

Bütün bu suallarla bağlı AZXEBER.COM-a cavab verən ilahiyyatçı Elşad Miri İslamda həmin şəxslərlə bağlı göstərilən məqamlardan danışıb:

“İslam dinində cinsi azlıqlara konkret olaraq zivata deyillər. “Qurani Kərim”də hətta onlarla bağlı ayə də var. Lut adlı peyğəmbərin dövründə bir hadisə olur və cinsi azlıqlar orada öldürülür. Bu günləri hər hansı bir insan özünü cinsi azlıq hesab edirsə və onun bu xüsusiyyətini başqa heç kim bilmirsə İslam bununla bağlı heç bir hücum tətbiq etmir. Belə bir insan həccə getmək istəyərsə, siz necə deyə bilərsiniz ki, xeyir olmaz getmək? Əgər onun özü etiraf etsə ki, bəli o cinsi azlığın nümyəndəsidi, o zaman ona İslamın buyurduğu hökümlər tədbiq ediləcək və onun ziyarəti məqbul sayılmayacaq”.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR