''Fənərbaxça'' Stokun təzminat qiymətini açıqladı

İDMAN
15:10 29.11.2012
1279

Rusiya klublarının maraq dairəsində olan "Fənərbaxça"nın hücumçusu Miroslav Stokun təzminat qiyməti açıqlanıb.

AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, slovakiyalı futbolçunu transfer etmək istəyən komanda 10 milyon avrosundan keçməli olacaq.Rusiyanın "Dinamo" (Moskva), "Spartak" (Moskva) və "Zenit" (Peterburq) klubları daha öncə Stokun keçidi üçün İstanbul nəhənginə 12 milyon avro təklif etmişdilər. Lakin "Fənərbaxça"nın adı çəkilən klublardan 15 milyon avro tələb etməsi Stokun komandada qalması ilə nəticələnmişdi. Artıq Stoku satmağı düşünən "sarı-lacivərdli" komanda futbolçunun qiymətini 10 milyon avroya endirib.

Qeyd edək ki, 2010-cu ildən "Fənərbaxça"da çıxış edən Stok keçirdiyi 60 oyunda 15 qola imza atıb.

OXŞAR XƏBƏRLƏR