Ə. Amaşov AZXEBER.COM portalına mükafatla bağlı ətraflı məlumat verdi:” Bu mükafat Azərbaycan mətbuatının inkişafında xidmətləri olan insanlara veriləcək. Biz bu mükafatı artıq ikinci ildir ki, veririk. Ötən il də vermişdik. Ayın 22-də veriləcək mükafatın kimlərə veriləcəyi elə həmin gün bilinəcək. Mükafat üç dərəcədə olacaq. Üçüncü dərəcə 5 nəfərə, ikinci dərəcəyə 3 nəfər, birinci dərəcəyə isə bir nəfər laiq görüləcək. Bunun arxasında maliyyə dayanır. Simvolik olaraq, bronzadan hazırlanmış, lövhə üzərində bərkidilmiş, Zərdabinin surəti olan mükafat olacaq”.