Fatih Terim: 'Futbolçularımın alnından öpürəm'

MAQAZİN
09:54 13.03.2013
1508
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda səfərdə “Şalke”yə 3:2 hesabı ilə qalib gələrək 1/4 finala çıxan “Qalatasaray”ın baş məşqçisi Fatih Terim oyundan sonra açıqlama verib.Qol.Az-ın məlumatına görə, baş məşqçi komandasından çox razı qaldığını bildirib: “Bəzən çox yaxşı, bəzən də pis oynayırıq. Biz bu qələbəni halal haqqımızla qazandıq. İlk hissədə daha çox qol vura bilərdik. İkinci qolu erkən buraxdıq. Futbolçularımın alnından öpürəm. Bütün “Qalatasaray”lılara salam göndərirəm. Bu qələbə ölkəmiz üçün də çox əhəmiyyətlidir. Avropada səkkiz ən güclü komanda arasına düşdük. Bizi izləməyə gələn hər kəsə təşəkkür edirəm".Təcrübəli mütəxəssis oyun taktikasından da danışıb: “Öz səhvimizdən iki qol buraxdıq. İkinci hissədə oyunçu dəyişdirmədim. Belə vəziyyətdə meydanda olan futbolçular özlərini göstərirlər. Bu vəziyyət komandaya xeyir verdi".

OXŞAR XƏBƏRLƏR