Şadlıq evləri sahiblərinə xəbərdarlıq edilib

Şadlıq evləri sahiblərinə xəbərdarlıq edilib
MARAQLI
17:56 16.06.2011
1981

Qidadan zəhərlənmə hallarının qarşısının alınması məqsədilə şadlıq evlərində, istehsal müəssisələrində yoxlamalar aparılır. Xüsusilə ictimai iaşə obyektlərində soyuq qəlyanaltıların saxlanması şəraitnə əməl olunmasına diqqət yetirilir. Səhiyyə Nazirliyinin məlumatına görə, şadlıq evlərindən 5805 yaxma nümunəsi, 81 soyuq qəlyanaltı nümunəsi götürülüb. Yaxma nümunələrinin 84-də mikrobioloji çirklənmə aşkar edilib. Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası Bölməsinin müdiri İmran Abdullayev toylarda, xüsusilə çadır toylarında diqqətli olmağı tövsiyyə edir.

“Əsas çadır toylarında diqqətli olmaq lazımdır. Belə toylarda şərait olmur. Ərzaq xüsusi yerlərdə saxlanılmalıdır. Soyuq qəlyanaltılar adından da göründüyu kimi soyuq yerdə saxlanılmalıdır”, - deyə İmran Abdullayev vurğulayıb.

Ötən həftədən başlayaraq şadlıq evləri sahiblərinə qabaqlayıcı tədbirlərin görülməsi üçün xəbərdarlıq edilib. Hələ ki şadlıq evlərində elə də böyük neqativ hal qeydə alınmayıb. Lakin ilin isti fəslində çirklənmə halları tez-tez baş verdiyindən, zəhərlənmə hadisənin baş verməsi qaçılmazdır. “Profilaktik dezinfeksiyaedici tədbirlər aparılıb. Xüsusi nümunələr, yaxmalar götürürük. Onları analiz etdikdən sonra nəticələrə uyğun müəyyən tədbirlər görülür”, - deyə İmran Abdullayev qeyd edib.

Qeyd edək ki, respublikanın sanitar-epidemioloji xidmət orqanları tərəfindən 2011-ci ilin 5 ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması, daşınması zamanı sanitar norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 225 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. İnzibati Xətalar Məcələsinə görə, fiziki və hüquqi şəxslər 50 manatdan 200 manata qədər cərimə edilir. Səhiyyə Nazirliyindən verilən məlumata görə, aşkarlanan pozuntulara görə, ümumilikdə 112 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 41 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO